Prezident onu ləqəbi ilə çağıran gəncə əsəbiləşdi - Video

prezident-onu-leqebi-ile-cagiran-gence-esebilesdi
Oxunma sayı: 8833

Fransa prezidenti Emmanuel Makron 1940-cı ildə Londondan fransızlara müraciət edən Şarl de Qollun çıxışının 78-ci ildönümünə həsr edilmiş rəsmi tədbirə qatılıb.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, rəsmi tədbirdən sonra prezident aralarında məktəblilərin də olduğu vətəndaşlarla görüşüb. Makronun əlini sıxan məktəblilərdən biri ona ləqəbi ilə müraciət edərək "Manyu, necəsən?" deyib. Bu isə ölkə başçısını əsəbiləşdirib. O, məktəblini özünü ictimai yerdə apara bilmədiyi üçün tənbeh edib:

"Belə olmaz. Sən rəsmi tədbirə gəlmisən, özünü də ona görə apar. Sən ağlını itirmiş ola bilərsən, amma bu gün Marselyoza və partizanların mahnısı səslənir. Buna görə də məni "cənab prezident" və ya sadəcə "müsyö" deyə çağır".