Prezident qadınları hicabdan imtina etməyə çağırdı

prezident-qadinlari-hicabdan-imtina-etmeye-cagirdi
Oxunma sayı: 636

“Media forum” saytının məlumatına görə, Nazarbayev başçılıq etdiyi “Nur Otan” Partiyasının gənclər qanadının qurultayında deyib ki, Qazaxıstanda qadınlar hicab geyinməməlidir: “Ərəb hicabı geyinmək, qadınları, qızları orta əsrlərə qaytarmaq – bizim yolumuz deyil. Biz xalqımızı dartıb keçmişə apara bilmərik”.

Nazarbayev qazaxların qədimdən köçəri xalq olduğunu xatırladıb:“Qazaxlar öz mədəniyyətini unutmamalı və islamın sünni məzhəbinə sadiq qalmalıdırlar”.