Prezident sərəncam verdi

prezident-serencam-verdi
Oxunma sayı: 643

“Qafqazinfo” xəbər verir ki, sərəncamda Bakı şəhərinin sosial-iqtisadi inkişafı ilə bağlı, 16 min nəfər əhalisi olan Pirallahı qəsəbəsini sahillə birləşdirən avtomobil yolunun dəniz suyu ilə yuyulmasının qarşısının alınması, yolətrafı zonalarda ekoloji vəziyyətin yaxşılaşdırılması üçün avtomobil körpüsünün tikintisi və yol boyunca sahilbərkitmə işlərinin aparılması məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılması nəzərdə tutulur.