Prezidentin nəvəsi telekanallara müsahibə verdi - Video

prezidentin-nevesi-telekanallara-musahibe-verdi
Oxunma sayı: 8653

Paytaxt Bakıda “Yaşıl dalğa” ekoloji hərəkatının ilk aksiyası baş tutub.

“Qafqazinfo” xəbər verir ki, aksiyada iştirak edən məktəblilər dənizkənarı bulvarda rəsm çəkiblər. Prezident İlham Əliyevin nəvəsi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın oğlu Mikayıl Ağalarov da aksiyada iştirak edib. Yerli telekanallara müsahibə verən 10 yaşlı Mikayıl çəkdiyi rəsmlərdən və təbiəti qorumağın vacibliyindən danışıb.