Prokurorluq kapitanla bağlı protest verdi

Prokurorluq kapitanla bağlı protest verdi
Oxunma sayı: 2174

Baş Prokurorluq keçmiş polis Fəqan Nəsibova verilən hökmdən apellyasiya protesti verib. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, F.Nəsibov Bənəqdi Rayon Polis İdarəsində kapitan rütbəsində çalışıb. Həmin vəzifədən çıxdıqdan sonra hüquqşünas işləyib. Elə bu dönəmdə nümayədəlik etdiyi şəxslərə dələduzluq yolu ilə pul “atıb”. 

Ona qarşı dələduzluq maddəsi ilə cinayət işi açıldığı üçün 2014-cü ildə “Koroğlu” stansiyasının yaxınlığındakı körpüyə çıxaraq intihar etmək istəyib. İntiharın qarşısı alındıqdan sonra o həbs edilib. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Nəsibova şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb. 

Dövlət ittamçısı hökmdən protest verib və cəzanın ağırlaşdırılmasını istəyib. Bakı Apellyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən ilkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 
Məhkəmə prosesi dekabrın 21-də davam etdiriləcək. 
Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi