Prokurorluq sisteminin fəaliyyəti ilə bağlı medal təsis olunur

prokurorluq-sisteminin-fealiyyeti-ile-bagli-medal-tesis-olunur
Oxunma sayı: 1007

Azərbaycanda prokurorluq sisteminin fəaliyyəti ilə bağlı medal təsis olunur.

"Qafqazinfo" xəbər verir ki, bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə Gənclər və idman komitəsinin bu gün keçirilən  birgə iclasında “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)” yubiley medalının təsis edilməsi ilə bağlı “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb.

Layihəyə əsasən yeni medal ilə prokurorluq sistemində xidmətdə yüksək nəticələr əldə edən, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi sahəsində peşəkarlığı ilə fərqlənən, uzun müddət qüsursuz xidmət edən prokurorluq orqanlarının əməkdaşları və veteranları, prokurorluq orqanlarının inkişafında xüsusi xidmətləri olan digər şəxslər, habelə beynəlxalq tərəfdaşlar təltif olunacaqlar.

Günel Türksoy