Prosineçki “Bursaspor”la razılığa gəlib?

prosinecki-bursasporla-raziliga-gelib
Oxunma sayı: 648

Milli komandamızın baş məşqçisi Robert Prosineçki növbəti mövsümdən etibarən Türkiyənin "Bursaspor" klubunu çalışdıracaq.
 
"Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı qonşu ölkənin mətbuatı yazıb. "Ağ-yaşıllar" Mutlu Topçunu baş məşqçi postuna gətirdikdən sonra da uğursuz çıxış davam etdiyi üçün yeni məşçi axtarışındadı.
 
"Fanatik" nəşrinin yazdığına görə "Bursaspor"la Prosineçki arasında artıq razılıq əldə edilib. İyun ayında millimizlə müqaviləsi başa çatacaq xorvat mütəxəssis növbəti mövsümdən etibarən Bursa təmsilçisini çalışdırmaqla bağlı söz verib.