Puçdemon katalonları mübarizəyə çağırdı

pucdemon-katalonlari-mubarizeye-cagirdi
Oxunma sayı: 1723

Xəbər verdiyimiz kimi, İspaniya hökuməti Kataloniya muxtariyyətinin hökumətini ləğv edib və idarəçiliyi İspaniya Baş nazirinin xanım müavini Soraya Saenz de Santamariyaya tapşırıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu qərara Kataloniyanın vəzifədən uzaqlaşdırılan sabiq rəhbəri Karles Puçdemon münasibət bildirib.

O, İspaniya hökumətinin qərarı ilə razılaşmadığını açıqlayıb. Puçdemon katalonları dinc şəkildə demokratik mübarizəyə çağırıb.