Putin Ərdoğanın stulunu aşırdı - Video

putin-erdoganin-stulunu-asirdi
Oxunma sayı: 4856

Dünən Rusiyanın Soçi şəhərində baş tutan liderlərin üçlü zirvəsində maraqlı anlar yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan həmin anın görüntüləri mübahisə mövzusuna çevrilib. 

Videoda birgə mətbuat konfransı bitdikdən sonra Putinin Ərdoğanın yanına gəlib sağollaşdığı, daha sonra onun stulunu geri çəkərkən aşırdığı görünür. Bəzi sosial şəbəkə istifadəçiləri Putinin bunu bilmədən etdiyini, bəziləri isə qəsdən aşırdığını iddia edir.