Putin xəstə qıza küçük hədiyyə etdi - Foto

putin-xeste-qiza-kucuk-hediyye-etdi
Oxunma sayı: 1422

Rusiya prezidenti Vladimir Putin Yeni ildə ona məktub yazaraq ev heyvanı istəyən azyaşlı Veronikanı sevindirib.

“Qafqazinfo”nun rus mətbuatına istinadən xəbərinə görə, Putin uşağa qızılı retriever cinsindən olan küçük hədiyyə edib. Bu barədə Prezident Administrasiyasından bildirilib.

Qeyd olunur ki, Primorsk diyarında yaşayan Veronika autizm xəstəliyindən əziyyət çəkir.