Putindən Avstriya nazirinə maraqlı toy hədiyyəsi

putinden-avstriya-nazirine-maraqli-toy-hediyyesi
Oxunma sayı: 4941

Avstriyanın xarici işlər naziri Karin Knayslın toyuna hazırlaşan Rusiya prezidenti Vladimir Putin toy hədiyyəsi olaraq Don kazaklarının xorunu təşkil edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Avstriya mətbuatı məlumat yayıb. Kazak ansamblının 10 nəfər üzvü qonaqlara ənənəvi xalq mahnılarını ifa edəcək.

Qeyd edək ki, daha əvvəl Putinin mətbuat katibi Dmitri Peskov Karin Knayselin prezidenti Vyana səfəri zamanı toyuna dəvət etdiyini açıqlamışdı.