Qaçırdığı maşınla qəza törətdi, xəstəxanalıq oldu

qacirdigi-masinla-qeza-toretdi-xestexanaliq-oldu
Oxunma sayı: 1432

Avqustun 14-də saat 1 radələrində Xaçmaz şəhəri ərazisindən şəhər sakini Azər Həşimova məxsus “VAZ-2104” markalı avtomobil qaçırılıb.

"Qafqazinfo" DİN-ə istinadən xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən Köhnə Xaçmaz kənd sakini, əvvəllər məhkum olunmuş Ruslan Hacıbalayev avtomobili qaçırdıqdan sonra şəhər ərazisində idarə edərkən elektrik dirəyinə vurub və nəticədə xəstəxanaya yerləşdirilib.

Xaçmaz RPŞ tərəfindən araşdırma aparılır.