Qadın prezident Medvedyevi taykeş ayaqqabı ilə qarşıladı - Foto

qadin-prezident-medvedyevi-taykes-ayaqqabi-ile-qarsiladi-foto
Oxunma sayı: 646

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, Braziliya prezidenti Dilma Russeff Rusiya baş naziri Dmitri Medvedyevi bir tay ayaqqabı ilə qarşılayıb.
Xanım prezidentin üzərində qırmızı pencək, qara şalvar, bir ayağında ayaqqabı, digərində isə çəkələk olub.
Jurnalistlərin gözündən yayınmayan bu hadisə isə Russeffin ayağını zədələlədiyindən çəkələk geyinməsi ilə izah olunur. O, bir neçə gün öncə Salvador şəhərində keçirilən karnavalda əylənərkən büdrəyib və böyük ayaq barmağı sınıb. Bu səbəbdən onun ayağına xüsusi sarğı qoyulub və ayaqqabı geyinmək qadağan olunub.