Qadın sürücü paytaxtda həyəcan yaşatdı- - Fotolar

qadin-surucu-paytaxtda-heyecan-yasatdi-
Oxunma sayı: 2578



“Qafqazinfo”nun  APA-ya istinadən məlumatına görə, hadisə "Alov Qüllələri"nin yaxınlığında qeydə alınıb. Qadın sürücü idarə etdiyi "Honda" markalı avtomobillə əvvəlcə dayanacaqda dayanan "London taksi"sini, daha sonra isə "VAZ 2109"u vurub. 

İdarəetməni itirən sürücü maşını yaxınlıqdakı binanın mühafizə köşkünə çırpdıqdan sonra dayandıra bilib. 

Zərərçəkən sürücü Şamil Əliyevin sözlərinə görə, qəza qadın sürücünün diqqətsizliyi ucbatından baş verib. 

Qəza ilə bağlı yolda sıxlıq yarandığından avtomobillər evakutaor vasitəsi ilə hadisə yerindən uzaqlaşdırılıblar.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.