Qadını vurub qaçdı - Özü də təslim oldu

qadini-vurub-qacdi
Oxunma sayı: 655

Masallı rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsini törədib hadisə yerindən qaçmış sürücü təslim olub. 

Baş Prokurorluqdan “Qafqazinfo”ya verilən məlumata görə, martın 26-da saat 05 radələrində Masallı şəhəri ərazisində naməlum avtomobilin sürücüsünü yolu keçən  piyada Cavadova Vüsalə qızını vurub hadisə yerindən qaçıb. V.Cavadova aldığı xəsarətlərdən orada ölüb.

Faktla bağlı rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Həmin gün Masallı rayon sakini, “QAZ 32213” markalı, 44-BS-386 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Həşimov Əzizəli Yaqub oğlu rayon Polis Şöbəsinə gələrək təqsirini könüllü boynuna alıb.

Ə.Həşimov iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Murad Əhməd