Qadınların sosial problemləri həll oluncaq

qadinlarin-sosial-problemleri-hell-oluncaq
Oxunma sayı: 655

“Müasir cəmiyyət və qadın hüquqları” İctimai Birliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, layihənin məqsədi qadınlara sosial problemlərinin həlli istiqamətində ictimai dəstək olmaq, hüquqi maariflənmələrinə kömək etməkdir. İB bu məqsədlə cəmiyyətin müxtəlif sosial təbəqələrini təmsil edən qadınlar üçün ictimai dinləmə və hüquqi yardım tədbirləri keçirməyi, sosial problemlərin aradan qaldırılması istiqamətində toplanmış təşəbbüsləri və tövsiyyələri ictimailəşdirməyi nəzərdə tutub.

Layihənin icrası ilə əlaqədar keçirilmiş növbəti tədbir zamanı İctimai Birliyinsədri Xanım Əhmədzadə qadınların qarşılaşdıqları sosial problemlər və onların aradan qaldırılması istiqamətində gördükləri işlər barədə məlumat verib.

Tədbir zamanı iştirakşılar qadınların sosial problemlərinin həlli istiqamətində təcrübəli hüquqşünas tərəfindən hüquqi yardım və məsləhət almaq imkanları əldə ediblər.


Sədan