“Qalatasaray” Markao ilə müqavilə bağladı

qalatasaray-markao-ile-muqavile-bagladi
Oxunma sayı: 939

Türkiyənin “Qalatasaray” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

“Qafqazinfo” xəbər verir ki, “sarı-qırmızılar” Portuqaliyanın “Çaves” klubundan müdafiəçi Markaonu rənglərinə başlayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Tərəflər arasında 3,5 illik müqavilə imzalanıb. İstanbul klubu bu keçidə görə, Portuqaliya təmsilçisinə 4 milyon avro təzminat ödəyəcək.

22 yaşlı müdafiəçi cari mövsümdə 24 oyunda iştirak edib və 3 qol vurub. Braziliyanın “Atletiko Paranaense” klubunun yetirməsi olan futbolçu “Çaves”dən öncə bir mövsüm də “Riu Ave”nin uğurları üçün çalışıb.