“Qalatasaray” rəsmən pley-offda!

qalatasaray-resmen-pley-offda
Oxunma sayı: 648

“Qafqazinfo”nun verdiyi xəbərə görə, turun mərkəzi qarşılaşması “TürkTelekom Arena”da baş tutub. İstanbul derbisində “Qalatasaray” “Beşiktaş”ı qəbul edib. Superliqanın son 5 turunda cəmi 1 qələbə qazanan “qara qartallar” bu oyunda azarkeşlərini sevindirə bilməyib. Qarşılıqlı qollar şəraitində keçən oyunun 90-cı dəqiqəsində isveçli forvard Elmanderin vurduğu qol “cimbom”a qələbə gətirib. Beləliklə, “Qalatasaray” ardıcıl 4-cü qələbəsini qazanaraq ən yaxın rəqibi ilə arasındakı fərqi 9 xala çatdırıb. Bununla İstanbul klubu sona 6 tur qalmış pley-offa vəsiqəni rəsmiləşdirib.

"Orduspor" – "Kayserispor" – 1:0
Qol: Ayhan, 47 (1:0)

"Karabükspor" - "Ankaragücü" - 3:2
Qollar: Demirhan, 21 (0:1), Yahiç, 45 (1:1), 75 (3:2), Cernat, 65-pen (2:1), Qarhan, 67 (2:2)

"Manisaspor" - "Qaziantepspor" - 0:2
Qollar: Demir, 65 (0:1), Tosun, 88 (0:2)

"Samsunspor" - "Bursaspor" - 0:3
Qollar: Batalla, 14 (0:1), Kagiran, 64 (0:2), Bahadır, 90 (0:3)

"Eskişehirspor" - "Fənərbaxça" - 2:1
Qollar: Ərtoğrul, 31 (1:0), Kamara, 55 (2:0), Sou, 75 (2:1)

"Gənclərbirliyi" - "Sivasspor" - 3:3
Qol: Öztəkin, 2 (1:0), Herve Tum, 24 (2:0), Suarez, 30-pen (2:1), 56 (2:2), Azofeyfa, 65 (3:2),
Navratil, 90 (3:3)

"İstanbul BB" - "Antalyaspor" - 4:0
Qollar: Aydın, 34 (1:0), Lima, 56 (2:0), Köse, 78 (3:0), Viska, 88 (4:0)

"Trabzonspor" – "Mersin İdmanyurdu" - 2:3
Qollar: Nobre, 33 (0:1), 46 (0:2), Altıntop, 60 (1:2), Adin, 83 (2:2), Ucuncu, 88 (2:3)

"Qalatasaray" - "Beşiktaş" - 3:2
Qollar: Elmander, 15 (1:0), 90 (3:2), Toraman, 49 (1:1), Melo, 52 (2:1), Kaya, 73-avtoqol (2:2)

Ceyhun Əhmədov