“Qalib gəlmək üçün hazırlaşmışıq” - Eskudero

qalib-gelmek-ucun-hazirlasmisiq
Oxunma sayı: 1033

Avropa Liqasının qrup mərhələsinin ilk turunda sabah “Qarabağ”ın qonağı olacaq İspaniyanın “Sevilya” klubunuun futbolçusu Serxio Eskudero oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

"Qafqazinfo" xəbər verir ki, 30 yaşlı müdafiəçi əvvəlcə görüş barədə fikirlərini bildirib:

“Qələbə qazanacağımıza ümid edirik. Qalib gəlmək üçün hazırlaşmışıq. Bunun üçün bütün gücümüzü ortaya qoyacağıq”.

- “Qarabağ”ın futbolçularından kimləri fərqləndirərdiniz?

- Biz qrup şəklində hazırlaşmışıq. Bütün diqqətimizi bunu üzərinə cəmləmişik.

- Ardıcıl 4-cü səfər qələbəsini qazanmaq çətin olmayacaq?

- Futbolda istənilən rəqiblə qarşılaşmaq asan deyil. Xüsusən də, səfər meydanında bu çox çətindi. Amma yenə də qələbə qazanmağa çalışacağıq.