Qapıçıdan inanılmaz seyv - Video

qapicidan-inanilmaz-seyv
Oxunma sayı: 5559

Misir çempionatında keçirilən “Piramids” – ENPPİ matçında maraqlı anlar yaşanıb.

"Qafqazinfo" xəbər verir ki, qarşılaşmanın 31-ci dəqiqəsində qonaqların qapıçısı Mahmud Qad fantastik seyvlə yadda qalıb.

O, əvvəlcə cərimə meydançasından kənarda topu başı ilə uzaqlaşdırıb. Sonra “Piramids”in futbolçusu mərkəz yaxınlığından topu boş qapıya göndərib. Amma Mahmud Qad sürətlə cərimə meydançasına qayıdaraq topun qapıdan keçməsinə imkan verməyib.

Qeyd edək ki, oyun meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.