“Qarabağ” 1 milyon avroya futbolçu alır

qarabag-1-milyon-avroya-futbolcu-alir
Oxunma sayı: 2414

Çempionlar Liqasında ölkəmizi təmsil edəcək “Qarabağ” növbəti transferini reallaşdırıb. “Qafqazinfo” xəbər verir ki, Ağdam klubu Fransanın “Lans” klubundan Abdella Zubiri transfer edib.

Fransa mətbuatının yazdığına görə mərakeş əsilli futbolçu bu gün rəsmi müqavilə imzalayacaq.

İddia olunur ki, “Qarabağ” bu transfer üçün “Lans”a 1 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, Fransada “Lans”dan əvvəl “Qrenobl”, “İstr” klublarının da formasını geyinən hücumameylli yarımmüdafiəçi Şotlandiyada “Hibernian” və Rumıniyada “Petrolul” komandalarında çıxış edib.