““Qarabağ” azarkeş yığmaqda çətinlik çəkir” - “Buduçnos"tun baş məşqçisi

qarabag-azarkes-yigmaqda-cetinlik-cekir
Oxunma sayı: 900

Monteneqronun “Buduçnost” klubunun baş məşqçisi Draqan Kaziç Çempionlar Liqasının II təsnifat mərhələsində potensial rəqiblərindən olmuş “Qarabağ”la bağlı təzadlı fikir səsləndirib.

“Qafqazinfo”  xəbər verir ki, adıçəkilən mütəxəssis Azərbaycan çempionundan çəkindiyini və eyni zamanda bu komandanın ev oyunlarında azarkeş sayı baxımından problem olduğunu bildirib:

“Düzü, püşkdə “Qarabağ”la düşməkdən çəkinirdim. Onların yüksək keyfiyyətli futbolçuları və yaxşı maliyyə imkanları var. Ancaq azarkeşləri tribunalara cəlb etmək baxımından o qədər də uğurlu deyillər”.

Maraqlıdır ki, 2 il əvvəl ÇL-nin II təsnifat mərhələsində Monteneqro çempionu “Rudar”la oyunda stadiona 30 min azarkeş yığan elə “Qarabağ” idi.