“Qarabağ” - BATE oyunlarının vaxtı dəqiqləşdi

qarabag-bate-oyunlarinin-vaxti-deqiqlesdi
Oxunma sayı: 5823

Albaniya çempionu “Kukesi”ni mübarizədən kənarlaşdıran "Qarabağ" UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində BATE (Belarus) ilə qarşılaşacaq.

"Qafqazinfo" xəbər verir ki, artıq Ağdam klubunun növbəti mərhələdəki oyunlarının vaxtı da məlumdur.

Tərəflər arasında ilk oyun avqustun 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 21:00-da start götürəcək. 

Cavab qarşılaşması isə avqustun 14-də olacaq. "Borisov Arena"da keçiriləcək bu oyun da Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.