“Qarabağ” “Liverpul”la “Sevilya”nı geridə qoydu

qarabag-liverpulla-sevilyani-geride-qoydu
Oxunma sayı: 646

Çempionlar Liqasının pley-off mərhələsinə başa çatan ilk oyunlarında tamaşaçı sayı açıqlanıb. “Qafqazinfo” xəbər verir ki, 2 gün ərzində keçirilən 10 oyunu ümumilikdə 289 min 423 azarkeş izləyib.

İlk oyunların rekordu Qlazqoda qeydə alınıb. Belə ki, “Seltik”in “Astana” ilə görüşünü 54 min 16 tamaşaçı seyr edib.

“Qarabağ”ın Danimarka “Kopenhagen”i ilə Bakıdakı görüşü də siyahıda yer alıb. Tofiq Bəhramov adına Respublika stadionuna 31 min 250 tamaşaçının izlədiyi matç pley-offun 4-cüsü olub.

Buna arenada tamaşaçı tutumunun çox olmaması da rol oynayıb. Çünki 31 min tamaşaçı tutumu olan "Tofiq Bəhramov"da daha çox tamaşaçı yığan ilk 3 oyundakı qədər seyrçini bir araya gəlməsi üçün yetərli deyil. Sıralamad sonuncu isə Türkiyə matç olub ki, debütant "Başakşəhər"in rəqibi Avropa Liqasının qalibi olmuş "Sevilya" idi. 

Çempionlar Liqası

Pley-off mərhələsi

İlk oyunlar, 15-16 avqust

54016 - “Seltik” (Şotlandiya) - “Astana” (Qazaxıstan) – 5:0

49324 - “Napoli” (İtaliya) - “Nitsa” (Fransa) – 2:0

46678 - “Sportinq” (Portuqaliya) - “Styaua” (Rumıniya) – 0:0

31250 - “Qarabağ” (Azərbaycan) - “Kopenhagen” (Danimarka) – 1:0

25568 - “Hoffenhaym” (Almaniya) - “Liverpul” (İngiltərə) – 1:2

21352 - “Olimpiakos” (Yunanıstan) – “Riyeka” (Xorvatiya) – 2:1

20003 - “Yanq Boyz” (İsveçrə) - MOİK (Rusiya) – 0:1

15265 - “Hapoel” (Beyer-Şeva, İsrail) - “Maribor” (Slovaniya) – 2:1

13073 - APOEL (Kipr) - “Slaviya” (Çexiya) – 2:0

12894 - “Başakşəhər” (Türkiyə) - “Sevilya” (İspaniya) – 1:2