“Qarabağ münaqişəsi hərbi yolla həll edilə bilməz”

qarabag-munaqisesi-herbi-yolla-hell-edile-bilmez
Oxunma sayı: 2246

"Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hər iki tərəf danışıqlar masası arxasına əyləşməlidir".

"Qafqazinfo" Ermənistan KİV-nə istinadən xəbər verir ki, bunu bu gün Yerevanda keçirdiyi mətbuat konfransında Avropa Parlamentinin xarici işlər üzrə komitə sədri Devid Makallister deyib. O, tərəfləri atəşkəs rejimini qorumağa çağırıb:

"Biz Qarabağ münaqişəsini həll etməliyik. Mən bu haqda əvvəl də demişdim, bir daha təkrar edirəm - münaqoşə hərbi yolla həll edilə bilməz. Status-kvo həm Azərbaycan, həm də Ermənistan tərəfindən zərərçəkən əhali üçün qəbuledilməzdir".