“Qarabağ münaqişəsində güzəştlər olacaqsa…”

qarabag-munaqisesinde-guzestler-olacaqsa
Oxunma sayı: 2464


“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu sözləri müdafiə naziri Seyran Ohanyan  tələbələrlə görüşü zamanı deyib. Onun sözlərinə görə, Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması Ermənistan üçün önəmli istiqamətdir:

“Əgər güzəştlər olacaqsa, bu, qarşılıqlı olmalıdır. Başa düşülməlidir ki, hətta ən böyük müharibələrdən belə qalib çıxan ölkə sülh sazişinin imzalandığı  son etapda bəzi ağrılı məqamlar yaşayır. Bu yöndə ilk addım inam atmosferinin yaradılmasıdır. Bunun sayəsində təmas xəttindəki situasiyanın danışıqlar prosesinə mane olmaması üçün addımlar atmaq mümkün olacaq. İnam atmosferinin formalaşdırılması üçün təmas xəttindən snayperlərin yığışdırılmaq, təxribat xarakterli kəşfiyyat fəaliyyətindən çəkinmək və müdafiə nazirləri səviyyəsində əlaqələrin yaradılması vacibdir”.