Qarayev nazir müavini ilə görüşdü - Fotolar

qarayev-nazir-muavini-ile-gorusdu
Oxunma sayı: 1173

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Bolqarıstanın turizm nazirinin müavini Irena Georgieva ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki,Nazir Əbülfəs Qarayev qonağı salamlayaraq,  17-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF 2018” sərgisində iştirak məqsədilə ölkəmizə səfərindən məmnunluğunu ifadə edib.  

Həmçinin Bolqarıstanın uzun illərdir artıq Bakıda keçirilən bu sərgidə xüsusi quraşdırılmış milli stendlə iştirak etməsinin və hər il Bolqarıstanın turizm şirkətlərinin və mehmanxanalarının təmsil olmasının məlum olduğunu bildirib.

Nazir Azərbaycan-Bolqarıstan arasında turizm sahəsində sazişə əsasən iki ölkə arasında layihələrin daha da sürətləndirilməsi və turizm sənayesi nümayəndələrinin 2018-ci il ərzində qarşılıqlı info-turlarının keçirilməsinə zərurət olduğunu qeyd edib.  

Bundan əlavə, görüşdə bir çox  məsələlər müzakirə edilib, planlar qurulub.