Qardaşlar həbs edildi

qardaslar-hebs-edildi
Oxunma sayı: 1936

Gəncə şəhərində bir neçə cinayətdə ittiham edilən iki qardaş saxlanılıb.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, narkotik vasitə ilə tutulmuş Kəmaləddin Talıbovun və qardaşı Seymurun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların Daşkəsən rayonu ərazisində  bir evdən 1 ədəd peyk qəbuledicisi, 1 ədəd DVD və 1 ədəd kompyuter aksesuarı oğurlamaları,  K.Talıbovun bir evdən oğurluğa cəhd göstərməsi müəyyən edilib.
 
K.Talıbovun Gəncə şəhərində yaşadığı evə baxış zamanı 1 ədəd “GİETCE TT NBB” markalı pnevmatik qaz tapançası və 1 ədəd “PİRAT” markalı ov bıçağı aşkar edilərək götürülüb.

Murad Əhməd