Qaşıqçının qardaşı və arvadı qılıncla öldürüldü - Daha bir şok iddia

qasiqcinin-qardasi-ve-arvadi-qilincla-olduruldu
Oxunma sayı: 2853

Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna girən və daha sonra yoxa çıxan jurnalist Camal Qaşıqçı ilə bağlı da bir şok iddia ortaya atılıb.

“Qafqazinfo” xəbər verir ki, Beyrutda dərc olunan “Diyar” adlı qəzetin yazdığına görə, Kaşıkçının qardaşı Ahmet və arvadı Ciddədə iki gün əvvəl evə girən maskalı şəxslər tərəfindən öldürülüb, onların üç uşağı isə qaçaraq xilas ola biliblər. 

İddiaya görə, evə girən maskalı şəxslərin əllərində qılınc olub. Şahid qonşunun sözlərinə görə, həmin şəxslər başları qopana qədər Qaşıqçı və arvadına qılınc zərbələri endiriblər. Xilas olan uşaqlar isə qonşuların evinə sığınıblar.