Qasırğa 51 nəfərin ölümünə səbəb olub

qasirga-51-neferin-olumune-sebeb-olub
Oxunma sayı: 1475

Madaqaskarda “Ava” qasırğası nəticəsində ölənlərin sayı 51-ə çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Məlumata əsasən, təbii fəlakət zamanı daha 22 nəfər itkin düşüb.

“Ava” təxminən 160 min insana zərər vurub. Hökumət 54 minə yaxın sakini təxliyyə edib.

Qasırğa zamanı küləyin surəti saatda 140-190 kilometr təşkil edib.