QAT Milli Məclisə müraciət etdi

qat-milli-meclise-muraciet-etdi
Oxunma sayı: 635

“Qafqazinfo”nun məlumaına görə, QAT bu təkliflə Milli Məclisin sədrinə və millət vəkillərinə müraciət göndərib.
1991-ci il noyabrın 20-də erməni terrorçuları Xocavənd rayonu Qarakənd kəndi üzərində Azərbaycana məxsus vertolyotu raketlə vurub, Azərbaycanın dövlət xadimlərini, jurnalistləri, xarici müşahidəçiləri qətlə yetiriblər. QAT-ın müraciətində qeyd olunur ki, həmin tarixin qeyd olunması XX əsr ərzində erməni terroru nəticəsində qətlə yetirilmiş bütün insanlarımızın xatirəsinin yad edilməsi və dünya birliyinin diqqətinin bir daha ermənilərin terrorçu mahiyyətinə cəlb olunması üçün vacibdir.
QAT təmsilçiləri noyabrın 20-də bu terror aktının qurbanlarının məzarlarını ziyarət edəcəklər. QAT bütün ictimai, siyasi təşkilatlara həmin gün müxtəlif formalarda anım mərasimləri keçirməyi təklif edirik.