Qatar relsdən çıxıb - Yaralananlar var

qatar-relsden-cixib
Oxunma sayı: 665

Almaniyanın şərqində regional qatar relsdən çıxıb.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə "Deutsche Bahn" konserninin nümayəndəsi məlumat yayıb.

İnsident yerli vaxtla saat 19:29-da Tyurinqidə qeydə alınıb. Qəzaya əlverişsiz hava şəraiti səbəb olub. Hadisə zamanı bir neçə nəfər xəsarət alıb. Yaralananların sayı barədə isə məlumat verilmir.