Qatarların hərəkət cədvəli dəyişdi

qatarlarin-hereket-cedveli-deyisdi
Oxunma sayı: 3213

Biləcəri-Keşlə mənzilinin tək yolunda aparılan təmir işlərinin başa çatması ilə əlaqədar olaraq, 25.06.2017-ci ildən 26.07.2017-ci ilədək Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının 07.01.2017-ci ildə təsdiq olunmuş hərəkət cədvəli bərpa olunur.

“Qafqazinfo”nun “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə istinadən məlumatına görə, Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər olduqca www.ady.az saytından əldə edə bilərsiniz.

Qeyd: Hər şənbə, bazar və bayram günləri 6002/6001, 6004/6003, 6006/6005 nömrəli elektrik qatarları hərəkətdə olmayacaqlar.