Qaydanı pozan avtobus sürücüləri cəzalandı

qaydani-pozan-avtobus-suruculeri-cezalandi
Oxunma sayı: 1295

Zabrat-Koroğlu yolunda əks istiqamətdə yüksək sürətlə hərəkət edən sürücülərlə bağlı tədbir görülüb.

Bu barədə “Qafqazinfo”ya məlumatı Bakı Nəqliyyat Agentliyinin İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev verib. O bildirib ki, video görüntüdəki avtobusun aid olduğu marşrut xətləri üzrə daşıyıcılar təcili agentliyə cağırılıb:

 “Daşıyıcı şirkətlərə tapşırılıb ki, qaydaları kobud şəkildə pozan bu sürücülər müəyyənləşdirilərək lazımi tədbir görülsün.

Diqqətə çatdırılıb ki, analoji halların təkrarlanmaması üçün sürücülərin təlimatlandırılması işinə nəzarət gücləndirilsin.

Bir daha bildiririk ki, sərnişinlərin həyatını bu cur birbaşa təhlükəyə atan, qoyulan tələblərə və qaydalara əməl etməyənlərə qarşı BNA hər zaman sərt mövqedeə olub".

Agentlik rəsmisi onu da bildirib ki, yaxın zamanda Bakı ətrafı kənd və qəsəbələrdə şərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı kompleks tədbirlərin görülməsi nəzərdə tutulub.

Sözüügedən sürücülərin qayda pozuntularını təqdim edirik.

Günel Hacı