Qaz fasilələrlə veriləcək?

qaz-fasilelerle-verilecek
Oxunma sayı: 803


“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo” ya daxil olan məlumata görə, qaz nəqli sistemində quraşdırma işlərinin aparılması, qaz ölçü qovşağının yenidən qurulması, mövcud qaz kəmərinin mənbəyə birləşdirilməsi və siyirtmənin dəyişdirilməsi ilə əlaqədar bu gün saat 16:00-dək Suraxanı, saat 18:00-dək Qəbələ rayonuna, Xəzər rayonunun bir hissəsinə, həmçinin işlər başa çatanadək Binəqədi və Nərimanov rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.