Qazaxda 64 yaşlı kişini maşın vurub

qazaxda-64-yasli-kisini-masin-vurub
Oxunma sayı: 729

Qazaxda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

“Qafqazinfo”nun verdiyi məlumata görə, hadisə rayonun Aslanbəyli kəndində baş verib.

Hərəkətdə olan “VAZ2107” markalı avtomobil piyada, Yuxarı Salahlı kənd sakini,1954-cü il təvəllüdlü Ümidov Abdulla Meydanəli oğlunu vurub. Bədən xəsarətləri alan piyada xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı Qazax rayon Polis Şöbəsində araşdırma aparılır.

Elmar Əli