Qazaxda “UAZ” yandı

qazaxda-uaz-yandi
Oxunma sayı: 656

Qazaxda yanğın hadisəsi qeydə alınıb.
 
“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Qazax rayonunda “UAZ” markalı yük avtomobilinin kabinası və mühərrikində elektrik naqilləri qismən yanıb.
 
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.