Qazaxıstanda helikopter qəzaya uğradı

qazaxistanda-helikopter-qezaya-ugradi
Oxunma sayı: 798

Qazaxıstanın Almatı şəhərində helikopter qəzaya uğrayıb.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, “Sky Service” şirkətinə məxsus “Eurocopter” 130 tipli vertolyot yerli vaxtla saat 16.05-də Almatı şəhərində “Alatau” xüsusi sanatoriya ərazisinə düşüb. Qəza nəticəsində yaralanan pilot xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Qəzanın səbəbi araşdırılır.