“Qazprom” “Türk axını”na 3,2 milyard ayırdı

qazprom-turk-axinina-32-milyard-ayirdi
Oxunma sayı: 904

Rusiyanın “Qazprom” şirkəti “Türk axını” layihəsindəki investisiyasını 2 dəfə artırıb.

“Qafqazinfo” xəbər verir ki, şirkət layihəyə ümumilikdə 182,4 milyard rubl (3,2 milyard dollar) investisiya yatıracağını açıqlayıb.

Bildirilib ki, ötən il “Türk axını”na 92,8 milyard rubl (1,639 milyar xərclənib.

Qeyd edək ki, boru xəttinin planlanan təxmini daşınma tutumu ildə 31,5 milyard kub metrdir. Türkiyənin bu layihədən ildə 15.75 milyard kub metr təbii qaz alması və qalan 15,75 milyard kub metr qazın Avropaya ixrac edilməsi düşünülür.