“Qəbələ” jurnalistləri təəccübləndirdi

qebele-jurnalistleri-teeccublendirdi
Oxunma sayı: 651

“Qafqazinfo” xəbər verir ki, 5 qitəni – Avropa, Asiya, Amerika, Afrika və Okeaniyanı təmsil edən, yerli jurnalistlərin də daxil olduğu 25 nəfərlik heyət klubun bazası, hazırda davam edən akademiyanın tikintisi və meydançalarla yaxından tanış olub. Layihə iştirakçıları üçün təşkil olunmuş qısa brifinq zamanı gənc jurnalistlərə klubun və futbol akademiyasının fəliyyəti və gələcək planlar barədə məlumat verilib.

"Qəbələ" FK-nın təlim-məşq bazası ilə tanışlıqdan sonra Gənc Reportyorlar Proqramının rəhbəri Keir Reydnic gabalafc.az-a açıqlama verib. Açıqlamasında gördüklərinin onu yaxşı mənada təəcübləndirdiyini bildirib: “Burada çox mükəmməl layihələrin reallaşdırıldığının şahidi oldum və gördüklərim məni yaxşı mənada təəcübləndirdi. Əminliklə söyləyə bilərəm ki, “Qəbələ” FK doğru yoldadır. Qəbələdə görülən işlər Azərbaycan futbolunun möhkəm təməllər üzərində inkişaf etməsini təmin edir”.

Qeyd edək ki, Gənc Reportyorlar Proqramı Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasının, Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin dəstəyi ilə həyata keçirilir.