Qəbristanlqıdan hərbi sursat tapıldı

qebristanlqidan-herbi-sursat-tapildi
Oxunma sayı: 650

“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbərinə görə, nazirliyə Xətai rayonu ərazisindəki qəbristanlıqda döyüş sursatının aşkarlanması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb ediliblər. Nazirliyin mütəxəssisləri aşkarlanmış sursata baxış keçiriblər.

Müəyyən edilib ki, bu, 1 ədəd istifadəyə yararlı əl qumbarasıdır.

Sursat xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.