Qəddafi xalqa müraciət etdi

qeddafi-xalqa-muraciet-etdi
Oxunma sayı: 656

Qaryan və əz-Zəviyə şəhərlərinə nəzarət uğrunda mübarizədə qismən irəliləyən üsyançı qüvvələri cənubda Tunisdən sahil marşrutunu bağlamağa çalışır. Qəddafi rejimi bu marşrutdan mühüm ehtiyyatların daşınması üçün istifadə edir. Əl Cəzirə xəbər verir ki, üsyançılar Tripolidən Tunis sərhəddinədək gedən yolun Əz-Zəviyədən keçən hissəsinə nəzarəti artıq ələ keçirib. Ancaq şəhərin mərkəzinə nəzarət uğrunda ldöyüüşlər davam edir. Üsyançılar şəhərin 70 faizinə nəzarəti ələ keçirdiklərini iddia edirlər. Ancaq üsyançıların Əz Zəivyyədəki batalyon komandiri Bəşir Əhməd Əli bildirib ki, Qəddafi qüvvələrinin snayper hücumu nəticəsində qüvvələri xeyli itki verib.

Bu arada Liviyanın dövlət televiziyası Müəmmər Qəddafinin audio müraciətini yayımlayıb. Bu, üsyançıların Əz-Zəviyə şəhəri uğrunda mübarizəyə başlamasından sonra Liviya liderinin ilk müraciətidir. Rəsmi Tripoli Müəmmər Qəddafinin telefon vasitəsilə müraciətinin televiziya ilə birbaşa yayımlandığını iddia edib. Eyni vaxtda dövlət televiziyası rejim tərəfdarlarının paytaxt Tripolidəki nümayişini də canlı yayımlayıb.

Liviya lideri müraciətində xalqı «silahlanmağa və ölkəni xəyanətkarlardan və NATO-dan azad etməyə» çağırıb. O, «siçovul» adlandırdığı üçsyançıların tezliklə sonu çatacağını xəbərdarlıq edib. Onun sözlərinə görə analoji vəziyyət «müstəmləkəçiləri» də gözləyir. O, bununla NATO-ya istinad edib. «Liviya xalqı, ayağa xalq, əlinizə silah alın və Liviyanın xəyanətkarlar və NATO-dan qarış-qarış azadlığı uğrunda mübarizəyə başlayın!»- Müəmmər Qəddafi belə deyib.