Qəddafinin məhv edilməsi planı

Qəddafinin məhv edilməsi planı
Oxunma sayı: 150

“Qafqazinfo”nun məlumatına görə, BMT Təhlükəsizlik Şurasının Liviya üzrə qətnaməsi bilavasitə Liviya lideri Müammar Qəddafiyə zərbələr endirməyə icazə verib. Bu barədə NATO-un yüksək vəzifəli nümayəndəsi CNN telekanalına bildirib. Onun sözlərinə görə, Qəddafi birbaşa orduya komandanlıq etdiyindən o, qanuni hədəf hesab olunur.

Qeyd edək ki, NATO-nun Liviyadakı hərbi əməliyyatlarında iştirak edən ölkələr NATO aviasiyasının hədəfinin konkret insanlar deyil, hərbi obyektlərin olduğunu iddia edirdilər.

Nərgiz Ehlamqızı


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi