Qərarda dəyişiklik edildi

qerarda-deyisiklik-edildi
Oxunma sayı: 1939

Nazirlər Kabineti “Azərbaycan Respublikasında avtomobil yollarının təsnifat göstəriciləri”nin və “Ümumi istifadədə olan avtomobil yollarının adlandırılması, indeksasiyası və qeydiyyata alınması Qaydaları”nın təsdiq edilməsi haqqında” qərarda dəyişiklik edib.

“Qafqazinfo” xəbər verir ki, “Ümumi istifadədə olan avtomobil yollarının adlandırılması, indeksasiyası və qeydiyyata alınması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilib: 

1. 4-cü və 6-cı hissələrdə “Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin” sözləri “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin” sözləri ilə əvəz edilsin. 

2. 10-cu hissədə, 12-ci hissənin birinci cümləsində, 13-cü və 14-cü hissələrdə “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi” sözləri “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin. 

3. 11-ci hissədə “Azərbaycan Respublikası nın Nəqliyyat Nazirliyinə” sözləri “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə” sözləri ilə əvəz edilsin.