QHT-lər Evrovizion-a hazırlaşır

qht-ler-evrovizion-a-hazirlasir
Oxunma sayı: 679

“Qafqazinfo”nun məlumatına görə, iclasda Şuranın reqlamenti təsdiq olunub, icra katibliyi yaradılıb. İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri Rəfail Becanov Şuranın qərarı ilə Alyansın icra katibliyinin rəhbəri təyin edilib.

Şura iclasında daha sonra tədbirlər planı təsdiqlənib. Şura əlaqələndiricisi Rufiz Qonaqov 2012-ci ilin yanvar-fevral aylarında Alyansın keçirilməsi nəzərdə tutulan tədbirləri və görüşləri haqqında məlumat verib. Tədbirlər planı geniş müzakirə olunaraq təsdiq edilib. Qərara alınıb ki, “Azərbaycanda Evrovizion: Vətəndaş cəmiyyətinin üzərinə düşən vəzifələr” mövzusunda yanvar ayının 25-də QHT sektoru təmsilçiləri, müsabiqə iştirakçıları, mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə Beynəlxalq Media Mərkəzində geniş tədbir keçirilsin. Bununla bağlı “Els” Müstəqil Araşdırmalar Mərkəzinin sədri, Alyansın Şura üzvü İradə Yaqubovanın rəhbərliyi ilə işçi qrupu yaradılıb.

Şura fevral ayında isə “Vətəndaş cəmiyyətinin resurslarının inkişafı” mövzusunda daha bir Dəyirmi Masa keçirilməsi haqqında qərar qəbul edib və Şura üzvü Xanoğlan Əhmədovun rəhbərliyi ilə işçi qrupu yaradılıb. Şura üzvü Razi Nurullayev isə Dəyirmi Masada məruzəçi təyin edilib.

Alyans Şurasının əlaqələndiricisi Rufiz Qonaqov bildirib ki, Evrovizion kimi mühüm əhəmiyyətli tədbirin yüksək səviyyədə keçirilməsi, bu tədbirdən istifadə edərək ölkəmizin, onun mədəniyyətinin təbliği ilə bağlı vətəndaş cəmiyyətinin də üzərinə mühüm vəzifə düşür. Hesab edirik ki, ötənilki qələbədə vətəndaş cəmiyyətinin də payı var və bu il də fürsətdən istifadə etməli, ölkəmizi layiqincə təbliğ etməliyik.