Qırğızıstana anomal soyuqlar gəlir - Temperatur -45-ə düşəcək

qirgizistana-anomal-soyuqlar-gelir
Oxunma sayı: 1865

Qırğızıstan Fövqəladə Hallar Nazirliyi havaların kəskin soyuyacağı ilə bağlı əhaliyə xəbərdarlıq edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, yanvarın 26-dan sonra temperaturun kəskin şəkildə aşağı düşəcəyi proqnozlaşdırılır. 

Nazirliyin xəbərdarlığına görə, bu cür anomal soyuq hava maldarlıqla məşğul olan əhalinin, eyni zamanda nəqliyyat, rabitə müəssisələri, enerji və kommunal xidmətlərin işini çətinləşdirəcək. 

Belə ki, ölkənin müxtəlif dağlıq rayonlarında 26-29 yanvar tarixlərində temperatur gecə mənfi 40-45 dərəcəyə kimi düşəcək. 

Paytaxtda mənfi 25-30 dərəcə şaxta proqnozlaşdırılır.