Qızıl mədənində partlayış nəticəsində 29 nəfər ölüb

qizil-medeninde-partlayis-neticesinde-29-nefer-olub
Oxunma sayı: 647

Cənubi Afrika Respublikasında qızıl mədənində partlayış baş verib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli “Times” qəzeti məlumat yayıb.

İnsident Fri-Steyt əyalətində qeydə alınıb. Partlayış nəticəsində 29 nəfər ölüb. Onların əksəriyyətinin qeyri-qanuni qızıl hasilatı ilə məşğul olan Zimbabve, Mozambik və Lesoto vətəndaşları olduğu vurğulanıb.