QMİ sədri səfərə gedir

qmi-sedri-sefere-gedir-
Oxunma sayı: 971



QMİ-nin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə səfərdə məqsəd Mərmərə Qrupu Vəqfinin təşkilatçılığı ilə 4-6 fevral tarixində baş tutacaq 17-ci Avrasiya İqtisadi Zirvəsində iştirakdır. Vəqfin rəhbəri Akkan Suverin dəvəti əsasında həyata keçirilən səfərdə QMİ sədri ilə bərabər Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri — Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr, Azərbaycandakı dağ yəhudiləri icmasının başçısı Melih Yevdayev və Bakıdakı katolik icmasının ordinarisi Vladimir Fekete iştirak edəcəklər. Bir sıra tanınmış dövlət, ictimaiyyət və din xadimlərinin iştirak etdiyi beynəlxalq əhəmiyyətli tədbirdə regional və qlobal dialoqun sülh və barış prosesində əhəmiyyəti mövzusunda keçiriləcək iclasda Şeyxülislam A.Paşazadə və Azərbaycandakı dini konfessiya rəhbərləri məruzə ilə çıxış edəcəklər. QMİ sədri öz çıxışında Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyəsi, dini-mənəvi dəyərlərə göstərilən diqqət və qaygı, habelə mövcud dini tolerantlıq mühiti barədə fikirlərini Zirvə iştirakçılarının diqqətinə çatdıracaq. Səfər müddətində QMİ sədri və onu müşayiət edən din xadimlərinin Rum Ortodoks Patriarxı Varfolomey tərəfindən qəbul edilməsi nəzərdə tutulur.