“Qonşularımızla əlaqələrimiz qardaşlıq prinsipinə söykənir” - Hatəmi

qonsularimizla-elaqelerimiz-qardasliq-prinsipine-soykenir
Oxunma sayı: 3185

İranın Azərbaycan, Türkiyə, Əfqanıstan və Pakistanla əlaqələri qardaşlıq və mehriban qonşuluq prinsipinə söykənir.

“Qafqazinfo” “Azərtac”a istinadən xəbər verir ki, bu sözləri dövlət televiziyasında çıxışı zamanı İranın müdafiə naziri, general-mayor Əmir Hatəmi deyib.

Çıxışında aktual mövzulara toxunan nazir qonşu ölkələrlə qardaşlıq münasibətlərinin olduğunu bildirib. O qeyd edib ki, bu əlaqələr səmimiyyət üzərində qurulub.