Quba-Xınalıq yolu açıldı - Fotolar + Video + Yenilənib

quba-xinaliq-yolu-acildi
Oxunma sayı: 2826

Xəbər veridiyimiz kimi, Quba-Xınalıq avtomobil yolunun 36-cı km-də dağdan sürüşən iri qaya parçaları yolun hərəkət hissəsini bağlayıb.

“Qafqazinfo”nun ərazidə olan əməkdaşının verdiyi məlumata görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texnikası yolun hərəkət hissəsinin qaya parçalarından təmizlənməsi işinə başlayıb.

AAYDA 5 saylı MMC-nin sahə rəisi Bilal Sultanov açıqlamasında  8 kəndlə əlaqənin kəsildiyini deyib. Artıq ağır texnika  Quba-Xınalıq yolunda təmizləmə işləri aparır. Qeyd edək ki, yolda sürüşmə prosesi aktiv olduğundan qaya parçalarının aşağıya doğru hərəkəti davam edir.

***

Qeyd edək ki, təmizləmə işlərindən sonra Quba-Xınalıq yolunda hərəkət bərpa olunub. 

Emin Kərimov